Bu gün Bakının bəzi qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət tətbiq edilib.
Bu barədə Report”a “Azərsu” ASC-də məlumat verilib.
Məlumata görə, səbəb magistral su kəmərində baş vermiş qəzadır. Odur ki, Şüvəlan, Şimal DRES və Mərdəkan qəsəbələrinin bir hissəsi susuz qalıb.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması işləri aparılır.