Sabah Bakının Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
"Report" "Azərsu" ASC-ə istinadən xəbər verir ki, bunun səbəbi yay mövsümünə hazırlıq məqsədilə profilaktik işlərin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.