Bakının Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq Bu gündən Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) aparılan əsaslı təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırı
İnfrastruktur
1 İyul , 2024 18:00
Bakının Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu gündən Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) aparılan əsaslı təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sözügedən hissədə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Son xəbərlər

Orphus sistemi