Bakının ticarət dövriyyəsi cüzi azalıb

Bakının ticarət dövriyyəsi cüzi azalıb Ticarət dövriyyəsinin dəyəri 1 757,4 milyon manat təşkil edib
İnfrastruktur
4 Mart , 2021 17:18
Bakının ticarət dövriyyəsi cüzi azalıb

Bu ilin yanvar ayında paytaxtda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azalaraq 1 757,4 milyon manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 % artaraq 882,4 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 4,5 % azalaraq 875 milyon manata bərabər olub.

İstehlak məhsullarının 33,7 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 55,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Son xəbərlər

Orphus sistemi