Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus" MMC balansında olan "İveco" markalı avtobusların istismarı üçün tələb olunan ehtiyat hissələrin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Az-Tex-İmport" MMC-dir.
Qalib şirkətə 2 888,5 min manat ödəniləcək.
Xatırladaq ki, "AZ-Tex-İmport" Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 ədəd nəqliyyat və xüsusi texnikanın satın alınması ilə bağlı elan etdiyi açıq tenderin də qalibi olub. Şirkət bunun üçün Bakı meriyasından 989 min manat pul alıb.