"BakuBus"ın rəhbəri işdən azad edilib, yeni təyinat olub

"BakuBus"ın rəhbəri işdən azad edilib, yeni təyinat olub Yeni direktor bundan əvvəl Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəhbəri olub
İnfrastruktur
16 Yanvar , 2021 12:32
BakuBusın rəhbəri işdən azad edilib, yeni təyinat olub

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-yə rəhbərlik edən Azər Qasımov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Tural Mahmudova həvalə olunub. O, vəzifəsinin icrasına yanvarın əvvəlindən başlayıb.

Yeni direktor bu vəzifəyə təyin ediləndən əvvəl Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəhbəri olub.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Son xəbərlər

Orphus sistemi