Bayram günlərində Bakıdan regionlara 27 min sərnişin daşınıb

Bayram günlərində Bakıdan regionlara 27 min sərnişin daşınıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində 26,7 min sərnişinin ölkədaxili səfərini təmin edib.
İnfrastruktur
5 Yanvar , 2022 13:02
Bayram günlərində Bakıdan regionlara 27 min sərnişin daşınıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində 26,7 min sərnişinin ölkədaxili səfərini təmin edib.

Bu barədə “Report”a nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (hazırda onun bazasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılır) rəsmisi Günay Əliyeva bildirib.

Onun sözlərinə görə, dekabrın 31-də 3,8 min, yanvarın 1-də 3,8 min, yanvarın 2-də 4,5 min, yanvarın 3-də 5,6 min, yanvarın 4-də isə 9 min sərnişin daşınıb (Adi günlərdə bu rəqəm 3,5-3,8 min sərnişin olur). Əsas istiqamət Gəncə şəhəri olub.

Son xəbərlər

Orphus sistemi