Bu ilin yanvar-avqust aylarında Belarus Dəmir Yolları vasitəsi ilə daşınan malların həcmi illik müqayisədə 7,4% artaraq təxminən 100 min tona çatıb.
“Report” bu barədə "Belta" agentliyinə istinadən xəbər verir.
Hesabat dövründə Belarusdan Azərbaycana ən çox ağac məhsulları, inşaat materialları, neft və neft məhsulları, kimyəvi maddələr, sənaye xammalı, qəlib materialları və qida məhsulları ixrac olunub.