Bərdə-Ağdam-Xankəndi dəmir yolu xəttində hansı işlər görülür?

Bərdə-Ağdam-Xankəndi dəmir yolu xəttində hansı işlər görülür? Həmin xəttin Köçərlidən Ağdama qədər olan hissəsi - 26 km-i işğal altında olub.
İnfrastruktur
18 Dekabr , 2020 14:06
Bərdə-Ağdam-Xankəndi dəmir yolu xəttində hansı işlər görülür?

"Prezident İlham Əliyevin sərəncamı ilə Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması istiqamətində tikinti və layihələndirmə işlərinin aparılması üçün 5 mln manat ayrılması nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu xəttinin uzunluğu 104 km olan Yevlax-Xankəndi dəmir yolu xəttinin bir hissəsidir. Bu dəmir yolu xətti Bərdə, Tərtər, Ağdamdan keçəcək".

"Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəis müavini, hərəkət xidmətinin rəisi Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin xəttin Köçərlidən Ağdama qədər olan hissəsi - 26 km-i işğal altında olub: "Həmin ərazidə düşmən saysız-hesabsız partlamayan silah-sursat yerləşdirib. Aidiyyatı qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görüldükdən sonra tikinti işlərinə başlanılacaq. Dəmir yolunun tikintisi sadə məsələ deyil, reyslərin döşənməsi üçün torpaq yatağında işlər görülməlidir. Torpaq yatağında işlər görüldükdən sonra dəmir yolunun üst quruluşunda çəkilişlər başlayacaq.

Qısa zaman ərzində təhlükəsizlik tədbirləri görüldükdən sonra bu istiqamətdə bərpa işləri başlanılacaq. Hazırda bu xəttin Yevlaxdan Köçərliyə qədər hissəsi istifadə edilir. Həmin hissə də yenidən bərpa ediləcək".

Son xəbərlər

Orphus sistemi