“Bakı Metropoliteni” QSC-nin "Cəfər Cabbarlı” stansiyasının inşası SSRİ dövrünün başa çatdığı, müstəqillik illərimizin başladığı dövrə təsadüf etdiyindən bu obyekt ağır iqtisadi şəraitdə açılıb".
Bunu “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Stansiyanın özünəməxsusluğu “Şah ismayıl Xətai-Cəfər Cabbarlı” mənzili ilə bağlıdır. Burada məkik hərəkət təşkil olunur. Onun inşasında nöqsanlara yol verilib. Bu nöqsanlar, eləcə də stansiyanın ağır geoloji şəraitdə yerləşməsi, metropoliten üçün vacib olan havalandırma sisteminin zəif olması onun infrastrukturunda öz əksini tapıb. Bu stansiyada işlər mərhələli şəkildə aparılırdı. Əsas məqsəd sərnişinlərin hərəkətinə mane olmamaq, onların hərəkətini və təhlükəsizliyini optimal qaydada təmin etməkdir. Hazırda stansiyanın bir yolunda işləri tamamlamaq mərhələsindəyik. İki stansiya yolunda təmir tikinti işləri texniki tələblərə və normativ qaydalara uyğun olaraq aparılmalı olduğu üçün hazırda bir yol açılır, digər yol bağlanır. Təmirə açılan yolda yol infrastrukturu tamamilə yenidən qurulub, ağaç şpallar yerinə dəmir-beton bloklar tətbiq olunub. Artıq bu üsuldan yeni inşa edilən stansiyalarda da istifadə olunur. Stansiyanın bir yolunun istismar müddəti uzadılmaqla sərnişinlərin ixtiyarına verilməyə tam hazırdır”, - deyə o, qeyd edib.