Biləsuvar rayonunda internet xətti çəkilən zaman yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində iki kənd qazsız qalıb.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Səmədabad kəndi ərazisində internet xətti çəkilən zaman yeraltı qaz kəməri zədələnib.
Bununla əlaqədar Səmədabad və Arazbarı kəndlərinin ümumilikdə 600 abonentinin qaz təchizatı dayandırılıb.