Bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə “Hər şey vətən üçün” aksiyası davam etdirilir. Aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6 500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.
Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır: "Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər".
M.Ağayev bildirib ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey vətən üçün” aksiyasına başlayıb: "Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26 500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb".