"Velosiped yolları ilə bağlı məsələ Bakı şəhərinin Baş Planında öz əksini tapıb. Yaxın vaxtlarda 7,5 kilometrlik yol yekunlaşacaq".
Bunu "Report"a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, yaxın iki il ərzində isə paytaxtda 67 kilometrlik velosiped yolu çəkiləcək və Bakının əsas küçələrini birləşdirəcək.