“Boeing 737 Max”lar kommersiya uçuşlarına qaytarıldı

“Boeing 737 Max”lar kommersiya uçuşlarına qaytarıldı İlyarımdır dünya miqyasında müntəzəm daşımalarda istifadə edilməyən “Boeing 737 Max” təyyarələri dünən komersiya uçuşlarında yenidən istifadə olunmağa başlayıb.
İnfrastruktur
10 Dekabr , 2020 14:59
“Boeing 737 Max”lar kommersiya uçuşlarına qaytarıldı

İlyarımdır dünya miqyasında müntəzəm daşımalarda istifadə edilməyən “Boeing 737 Max” təyyarələri dünən kommersiya uçuşlarında yenidən istifadə olunmağa başlayıb.

“Report” AP-yə istinadən xəbər verir ki, Braziliyanın ən böyük hava yolu şirkəti “Gol”a məxsus “Max” təyyarəsi San Paolodan qalxaraq ölkənin cənubundakı Porto Aleqre şəhərində yerə enib.

Şirkətə məxsus yeddi ədəd “Boeing 737 Max”ın ölkədaxili xətlərdə istifadə olunacağı bildirilir.

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixində İndoneziyada, 10 mart 2019-cu il tarixində isə Efiopiyada baş vermiş böyük qəzalar nəticəsində çoxlu insan tələfatdan sonra “Boeing 737 Max” tipli təyyarələrin müntəzəm xətlərdə istifadəsi əksər ölkələrdə dayandırılmışdı.

Son xəbərlər

Orphus sistemi