BTQ ilə Özbəkistandan Türkiyəyə 40 konteyner daşınacaq

BTQ ilə Özbəkistandan Türkiyəyə 40 konteyner daşınacaq Konteynerlərin təyinat stansiyası Hacıqabuldur
İnfrastruktur
4 Mart , 2021 15:30
BTQ ilə Özbəkistandan Türkiyəyə 40 konteyner daşınacaq

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY Konteyner” MMC Orta Asiyadan yüklərin cəlb edilməsi və ölkəmizin ərazisindən keçməklə dəmir yolu ilə Türkiyə və Avropaya nəqli istiqamətində fəaliyyətini davam etdirir.

"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda Özbəkistanın paytaxtı Daşkənddən Türkiyənin İskəndərun şəhərinə gedən 10, Özbəkistanın digər şəhəri Buxaradan isə Türkiyənin Mersin şəhərinə istiqamət götürən 30 konteyner yoldadır. 40 və 45 futluq konteynerlər Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra fider gəmisinə yüklənərək Bakı Limanına gətiriləcək. Daha sonra konteynerlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyəyə çatdırılacaq.

Buxaradan yola çıxan daha 15 konteyner isə Bolqarıstana istiqamət götürüb. Bu konteynerlər Türkmənbaşıdan Bakıya çatdırıldıqdan sonra Gürcüstanın Qara dənizdəki limanlarından birinə yola salınacaq. Oradan isə dəniz xətti ilə Bolqarıstana aparılacaq. Özbəkistandan Azərbaycana isə idxal yüklərinin daşındığı 17 konteyner çatdırılacaq. Konteynerlərin təyinat stansiyası Hacıqabuldur.

Yaxın günlərdə Özbəkistandan Türkiyə və Avropa istiqamətində daha 56 konteynerin dəmir yolu ilə daşınması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi