Bu ilin yanvar-aprel aylarında Azərbaycan 26,759 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 1,866 milyon ABŞ dolları və ya 7,5 % çoxdur.
Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 0,76 %-ni təşkil edib.