Bu il daha 7 min nəfər işğaldan azad edilmiş ərazilərə köçürüləcək

Bu il daha 7 min nəfər işğaldan azad edilmiş ərazilərə köçürüləcək Bu ilin sonuna qədər daha 7 minə yaxın insanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçürülməsi planlaşdırılır.
İnfrastruktur
29 Sentyabr , 2023 16:14
Bu il daha 7 min nəfər işğaldan azad edilmiş ərazilərə köçürüləcək

Bu ilin sonuna qədər daha 7 minə yaxın insanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçürülməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda keçirdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu (NUFA2) çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, köç hazırda insanların yaşadığı Laçın və Füzuli rayonlarına baş tutacaq.

Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

Son xəbərlər

Orphus sistemi