Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 7 059,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% az vəsait yönəldilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,4%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 13,4% azalıb.
7 aylıq investisiya qoyuluşunun 4 883 milyon manatı və yaxud 69,2%-i məhsul istehsalı sahələrinə, 1 639 milyon manatı və yaxud 23,2%-i xidmət sahələrinə, 537,3 milyon manatı və yaxud 7,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 463,7 milyon manatını və yaxud 63,2%-ni daxili vəsaitlər təşkil edib, 4 797,1 milyon manatı və yaxud 68%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
İnvestisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri 60,3%, büdcə vəsaitləri 19,6%, bank kreditləri 6%, əhalinin şəxsi vəsaitləri 7%, sair vəsaitlər isə 7,1% paya malik olub.