“Buta Airways” fevral ayında Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir .
Bu barədə “Report”a “Buta Airways”dən bildirilib.
Məlumata görə, aviadaşıyıcı fevralın 6-dan uçuşları həyata keçirəcək. Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, bundan əvvəl, 2021-ci ilin may ayının sonundan 2022-ci ilin yanvar ayına qədər Mineralnıye Vodı şəhərinə uçuşlar “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən həyata keçirilirdi. Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür.
Biletlərin dəyəri 29 avrodan başlayır. Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır.
Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: