Cavid Qurbanov: “Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi 14 % artıb”

Cavid Qurbanov: “Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi 14 % artıb” Bu ilin I yarısında Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artaraq 7,8 milyon ton olub.
İnfrastruktur
25 İyul , 2024 15:29
Cavid Qurbanov: “Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi 14 % artıb”

Bu ilin I yarısında Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artaraq 7,8 milyon ton olub.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

“Son 20 ildə Azərbaycan nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırıb. Geosiyasi vəziyyətin dəyişməsi fonunda Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusilə Orta Dəhlizə və Şimal-Cənub dəhlizinə maraq artıb. Biz tərəfdaşlarla birlikdə Orta Dəhlizin zəif tərəflərini müəyyən edilərək aradan qaldırılması üçün intensiv iş aparırıq. Serbiyanın aparıcı logistika şirkətlərini Azərbaycanın tranzit imkanlarından yararlanmağa dəvət edirik”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi