Çində mülki hava limanlarının sayı artırılır

Çində mülki hava limanlarının sayı artırılır Sərnişin sayının 2 milyarda çatdırılacağı bildirilir
İnfrastruktur
16 Mart , 2021 20:48
Çində mülki hava limanlarının sayı artırılır

Çin hökuməti 2025-ci ilədək 30-dan artıq mülki hava limanı tikmək niyyətindədir.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya İdarəsinin (CAAC) nümayəndəsi Janq Çinq 2021-2025-ci illəri əhatə edən 14-cü beşillik plan çərçivəsində sözügedən sahənin inkişafı istiqamətində həyata keçiriləcək irimiqyaslı layihələr nəticəsində sərnişin sayının 2 milyarda çatdırılacağını bildirib.

Həmçinin hava səyahətlərinin şaxələndirilməsini, logistik xidmətlərin modernləşdirilməsini ehtiva edən “cüt dövriyyə” inkişaf standartının təkmilləşdiriləcəyi də vurğulanıb.

Qeyd edək ki, 2020-ci ildə Çində mülki hava limanlarının sayı 3 ədəd artaraq 241-ə, istismar olunan sərnişin təyyarələrinin sayı isə 6 747-yə çatdırılıb. Hava sərnişinlərinin sayı da 420 milyon nəfər təşkil edib ki, bu da əvvəlki ilin göstəricisinin 63,3 faizidir. Bu il hava daşımalarını böhrandan əvvəlki səviyyənin 90 faizinə çatdırmaq hədəflənir.

Son xəbərlər

Orphus sistemi