Çindən Azərbaycan ərazisi ilə Avropaya daşınan yüklərin həcmi artacaq

Çindən Azərbaycan ərazisi ilə Avropaya daşınan yüklərin həcmi artacaq Bu il Çindən Azərbaycan ərazisi ilə 100-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır.
İnfrastruktur
14 Fevral , 2024 11:30
Çindən Azərbaycan ərazisi ilə Avropaya daşınan yüklərin həcmi artacaq

Bu il Çindən Azərbaycan ərazisi ilə 100-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır.

Bunu “Report”a açıqlamasında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

Onun sözlərinə görə, son nəticədə bu il Çindən Azərbaycan ərazisi ilə Avropaya daşınan yüklərin həcmi artacaq.

“Ümumiyyətlə, konteyner daşımaları üzrə göstəricilər yüksəkdir", - deyə R.Bayramov əlavə edib.

Xatırladaq ki, yanvarda Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb. Tranzit rejimində göndərilən blok qatarlardan biri Çin–Qazaxıstan sərhədindən çıxdıqdan 10 gün sonra Gürcüstan limanlarına çatdırılıb. Tranzit yüklər əsasən texniki avadanlıqlardan ibarət olub və gəmilərdən birbaşa “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatarlara boşaldılaraq Gürcüstanın Qara dənizdəki liman şəhəri Potiyə yola salınıb.

Son xəbərlər

Orphus sistemi