Çindən Orta Dəhliz vasitəsilə göndərilən yüklər Azərbaycana çatdırılıb

Çindən Orta Dəhliz vasitəsilə göndərilən yüklər Azərbaycana çatdırılıb Orta Dəhliz vasitəsilə göndərilən Çinin ilk yük avtomobilləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmisi ilə Azərbaycana çatdırılıb.
İnfrastruktur
5 İyul , 2024 12:46
Çindən Orta Dəhliz vasitəsilə göndərilən yüklər Azərbaycana çatdırılıb

Orta Dəhliz vasitəsilə göndərilən Çinin ilk yük avtomobilləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmisi ilə Azərbaycana çatdırılıb.

“Report” səhmdar cəmiyyətinə istinadən məlumat verir ki, 26 yük avtomobilindən ibarət ilk konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanında ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Merkuri-1” gəmi-bərəsinə yüklənərək yola salınıb. Artıq Azərbaycana çatan avtomobillər buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə göndəriləcək.

Bundan əvvəl mayda Çin Avropaya Kurıkdan Orta Dəhliz ilə sınaq rejimində üç yük maşının 80 ton ağırlığında yük göndərib.

Son xəbərlər

Orphus sistemi