Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 10.09.2020 və 14.09.2020-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı uğurla başa çatdırılıb.
Bu barədə "Report"a MİDA-dan məlumat verilib.
Məlumata görə, mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib. 2 mənzil isə 10.09.2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib.
Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçiblər. 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüz uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.
Satışın nəticələri barədə statistik məlumatlarla
Xatırladaq ki, Hövsan Yaşayış Kompleksində 30.06.2020-ci il tarixində keçirilən ilk satışın nəticəsində 224 ailə güzəştli mənzilə sahib olub. Ümumilikdə iki satışın nəticəsində 625 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzil əldə edib.