Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus "1 Saylı Gəncə Regional Nəqliyyat" MMC-nin direktoru Vüqar Hacıyev vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, onun yerinə Müzadil Həsənov təyin olunub.
O, bundan əvvəl Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti işləyib.
Xatırladaq ki, "1 Saylı Gəncə Regional Nəqliyyat" 2004-cü ildə, 100 manat nizamnamə kapitalı ilə yaradılıb.