Dövlət Gömrük Komitəsi və BMT arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsi və BMT arasında Anlaşma Memorandumu imzalanıb Tərəflər arasında “Sərnişinlərə dair ilkin məlumat” (APİ) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsinə, birgə fəaliyyət mexanizmlərinin işlənib hazırlanmasına öz töhfəsini verəcək
İnfrastruktur
10 İyun , 2022 19:31
Dövlət Gömrük Komitəsi və BMT arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün “Dövlət Gömrük Komitəsi ilə təmsil olunan Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi ilə təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanıb.

“Report”un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün “Tvitter” hesabında məlumat verib.

Məlumata görə. memorandum tərəflər arasında “Sərnişinlərə dair ilkin məlumat” (APİ) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsinə, birgə fəaliyyət mexanizmlərinin işlənib hazırlanmasına öz töhfəsini verəcək.

Son xəbərlər

Orphus sistemi