Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydə alınması prosesi başa çatıb.
"Report" bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, avqustun 9-da Şuranın fəaliyyətinin təmin edilməsi ilə bağlı yaradılmış Seçki Komissiyasının iclası baş tutub. İclasda Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi zamanı təqdim olunan sənədlər qiymətləndirilib və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 18 namizəd qeydiyyata alınıb. Seçki Komissiyası Şura üzvlərinin say həddini 11 nəfər müəyyən etdiyindən, irəli sürülmüş namizədlərdən üzvlük hüququ qazanacaq şəxslərin müəyyən edilməsi məqsədilə sentyabrın 11-də Komitənin inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 65) gizli səsvermə yolu ilə seçkilərin keçirilməsi nəzərdə tutulur.
Seçkilərdə yalnız vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edə bilər. Təmsilçilərin qeydiyyatı avqustun 11-dən sentyabrın 1-nə qədər davam edəcək. Seçkilərdə təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri təqdim etməklə müraciət edə bilərlər:
- Səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
- Vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
- Təmsil etdiyi vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;
- Səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi.
İştirak etmək istəyən şəxslərin məlumatları iş günləri saat 10:00-dan 17:00-a qədər Komitəyə (Seçki Komissiyasına) şəxsən və yaxud
Əlavə məlumat üçün Seçki Komissiyası ilə +994 12 492 31 89 (703) nömrəli telefonla əlaqə saxlanıla bilər.