Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimai Şurasına seçkilər başa çatıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimai Şurasına seçkilər başa çatıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya 11 sentyabr 2021-ci il tarixində gizli səsvermə yolu ilə seçkilər keçirilib. Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 18 namizəd arasından səs çoxluğu ilə 11 nəfər Şuraya üzv seçili
İnfrastruktur
13 Sentyabr , 2021 15:13
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimai Şurasına seçkilər başa çatıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya gizli səsvermə yolu ilə seçkilər keçirilib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 18 namizəd arasından səs çoxluğu ilə 11 nəfər Şuraya üzv seçilib. Səsvermə prosesində vətəndaş cəmiyyəti institutlarından 112 nəfər səsvermə hüququ əldə edib.

Beləliklə, başa çatmış seçkilərin nəticələrinə əsasən, Şura aşağıdakı tərkibdə formalaşıb:

1. Abdullayev Hüseyn Natiq oğlu (“Azərbaycan Könüllülər” İB);

2. Bayramov Toğrul Şahin oğlu (“Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB);

3. Eyvazov Valeh Əsgərxan oğlu (Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB);

4. İmaməliyev Nəriman Məcid oğlu (Uğur Gənclərin Maarifləndirilməsi İB);

5. Qasımzadə Elbay Ənvər oğlu (Azərbaycan Memarlar İttifaqı);

6. Quliyev Faiq Qubat oğlu (Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək İB);

7. Məmmədova Gülçöhrə Hüseyn qızı (İnsan Hüquqları və Maarifçilik İB);

8. Novruzova Rəna Məmməd qızı (Dünya Ana və Uşaqlar İB);

9. Novruzzadə Şeyda Natiq qızı (Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İB);

10. Vəliyev Anar Məhəmməd oğlu (Lira Gənc İstedadlar İB);

11. Şirinov Elçin Vaqif oğlu (“Gənc Memarlar” Vətəndaş təşəbbüs qrupu).

Şura Komitənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi