Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının işçilərinin say həddi 130 ştat vahidi və yaxud 59,1% artırılaraq 220 ştat vahidindən 350 ştat vahidinə çatdırılıb.
“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” fərmanda öz əksini tapıb.
Fərmana əsasən, bunun üçün Komitənin aparatının işçilərinin say həddi 170 ştat vahidindən 220 ştat vahidinə çatdırılıb, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin işçilərinin say həddi 50 ştat vahidi saxlanılıb, yeni yaradılmış Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin işçilərinin sayı həddi isə 80 ştat vahidi müəyyən edilib.