Dünya hava yollarında sərnişin daşımaları tənəzzülə uğrayıb

Dünya hava yollarında sərnişin daşımaları tənəzzülə uğrayıb Bu ilin iyul ayında hava yollarındakı sərnişin daşımalarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 79,6 faiz az olub.
İnfrastruktur
4 Sentyabr , 2020 14:45
Dünya hava yollarında sərnişin daşımaları tənəzzülə uğrayıb
0 : 00
0 : 00

Bu ilin iyul ayında hava yollarındakı sərnişin daşımalarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 79,6 faiz az olub.

“Report” Beynəlxalq Hava Nəqliyyatı Asosiasiyasına (IATA) istinadən xəbər verir ki, iyun ayı üçün isə müvafiq göstərici 86,6 faiz olub. Bu da əsasən Çin və Rusiyada daxili daşımalarının kəskin azalması ilə bağlıdır.

Sonradan Şengen ölkələri arasında gediş-gəlişin açılması Avropada beynəlxalq uçuşların artmasına gətirib çıxarsa da, qalan regionlarda mühüm dəyişikliklər olmayıb. İyul ayında sərnişin təyyarələrinin yüklənmə səviyyəsi tarixdən ən aşağı hədd olan 57,9 faiz olub.

Təyyarə uçuşlarına tələbatın hələ də cüzi olduğunu qeyd edən İATA baş katibi Aleksanr de Juniak sərhədlərin açılıb-bağlanması, karantin tədbirlərinin yumşaldılaraq yenə sərtləşməsi üzündən hava nəqliyyatının müntəzəm fəaliyyəti üçün lazımi şəraitin olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, beynəlxalq sərnişin daşımalarında iyun ayında illik 96,8 faiz, iyul ayında 91,9 faiz, daxili daşımalarda isə müvafiq olaraq 68 və 57,5 faiz azalma qeydə alınıb. İyul ayında təyyarələrin yüklənmə səviyyəsi 46,4 faiz (ötən ilin müvafiq dövründə 85,3 faiz), o cümlədən daxili uçuşlarda 63,3 faiz (86,2 faiz) olub.

Son xəbərlər

Orphus sistemi