ƏƏSMN 29 milyon manatlıq tenderə yekun vurub

ƏƏSMN 29 milyon manatlıq tenderə yekun vurub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 36 şəhər və rayonda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Sa
İnfrastruktur
11 Avqust , 2021 12:35
ƏƏSMN 29 milyon manatlıq tenderə yekun vurub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 36 şəhər və rayonda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Sabirabad) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 450 fərdi evin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" xəbər verir ki, tenderin qalibi "Mac Construction" QSC-dir.

Qalib şirkətə 29 323 213 manat ödəniləcək.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Mac Construction"ı ötən il sentyabrın 3-də dövlət qeydiyyatına alıb.

Son xəbərlər

Orphus sistemi