EIB Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər yolun yenilənməsini maliyyələşdirəcək

EIB Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər yolun yenilənməsini maliyyələşdirəcək Bu barədə bankın saytında yerləşdirilən məlumatda bildirilib
İnfrastruktur
28 Aprel , 2021 14:36
EIB Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər yolun yenilənməsini maliyyələşdirəcək

Avropa İnvestisiya Bankı (EIB) Gürcüstana ölkənin əsas magistralı olan Şərq-Qərb sürət yolunun (E60) yenidən qurulmasına 106,7 milyon avro ayıracaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bankın saytında yerləşdirilən məlumatda bildirilib.

Kredit 30 kilometrlik Algeti-Sadaxlı və 32 kilometrlik Rustavi-Qırmızı körpü yol hissələrinin təmirinə yönəldiləcək.

Məlumatda qeyd olunub ki, 388 kilometrlik E60 dəhlizi Azərbaycan-Gürcüstan sərhədindəki Qırmızı körpü sərhəd-keçid məntəqəsindən başlayır və Qara dəniz sahilindəki Poti limanına qədər uzanır və daha sonra Türkiyə sərhədinədək davam edir: “Modernləşdirilmə üzrə işlərin başa çatdırılmasından sonra yol sərnişin və yük daşımaları daha müasir və təhlükəsiz olacaq”.

Son xəbərlər

Orphus sistemi