Ekspert: “Azərbaycan minatəmizləmə sahəsində möhtəşəm işlər həyata keçirir”

Ekspert: “Azərbaycan minatəmizləmə sahəsində möhtəşəm işlər həyata keçirir” "Azərbaycan hökuməti işğaldan azad etdiyi ərazilərində minatəmizləmə sahəsində möhtəşəm işlər həyata keçirir".
İnfrastruktur
12 Oktyabr , 2022 16:14
Ekspert: “Azərbaycan minatəmizləmə sahəsində möhtəşəm işlər həyata keçirir”

"Azərbaycan hökuməti işğaldan azad etdiyi ərazilərində minatəmizləmə sahəsində möhtəşəm işlər həyata keçirir".

Bunu “Report”a açıqlamasında şəhərsalma üzrə avstriyalı ekspert Qeorq Redlhammer deyib.

"İşğaldan azad edilmiş ərazilərin ümumi və baş planları ilə tanış olmuşam. Bunlar, çox gözəl konseptlərdir. Biz bilirik ki, bu kimi layihələrin icrası on illiklərlə vaxt alır. Çünki hazırda həmin ərazilərdə minalar var və təmizlənir. Belə olan təqdirdə insanları kütləvi şəkildə bu ərazilərə köçürmək olmaz", - deyə o, qeyd edib.

Xatırladaq ki, Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı sonuncu məlumata görə, ötən həftə işğaldan azad edilmiş ərazilərdə 146 mina aşkarlanıb. Oktyabrın 3-dən 8-nə qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 92, tank əleyhinə 54 mina, eləcə də 458 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi