Ekspert: "TBNM-in Trans-Asiya marşrutları ilə inteqrasiyası effektiv nəqliyyat şəbəkəsini formalaşdıracaq"

Ekspert: "TBNM-in Trans-Asiya marşrutları ilə inteqrasiyası effektiv nəqliyyat şəbəkəsini formalaşdıracaq" Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta Dəhliz) Trans-Asiya logistika marşrutları ilə inteqrasiyası Mərkəzi Asiya üzrə səmərəli nəqliyyat şəbəkəsinin yaradılmasına kömək edəcək.
İnfrastruktur
5 İyul , 2024 16:13
Ekspert: TBNM-in Trans-Asiya marşrutları ilə inteqrasiyası effektiv nəqliyyat şəbəkəsini formalaşdıracaq

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta Dəhliz) Trans-Asiya logistika marşrutları ilə inteqrasiyası Mərkəzi Asiya üzrə səmərəli nəqliyyat şəbəkəsinin yaradılmasına kömək edəcək.

Bunu "Report"a açıqlamasında beynəlxalq münasibətlər sahəsi üzrə ekspert Aimen Camil deyib.

Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Orta Dəhliz və Trans-Asiya logistika marşrutları arasında əlaqə təmin etməklə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əhəmiyyətli sinerji əldə edə bilər:

“Bu, Mərkəzi Asiya üzrə daha bir-birinə bağlı və səmərəli şəbəkə yaradacaq. Çin infrastruktura investisiya yatırılması, tikinti və logistika sahəsində təcrübə və Mərkəzi Asiya ölkələrinin geniş bazarına çıxışı üçün körpü rolunu oynayaraq, bütün regionun iqtisadi inkişafı və tərəqqisində əsas rol oynaya bilər”.

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndərilir.

Son xəbərlər

Orphus sistemi