Elnur Əliyev: "Dünya İqtisadi Forumu ilə əməkdaşlıq "Azərbaycanda Rəqəmsal Ticarətin İnkişafı" layihəsinə yönələcək"

Elnur Əliyev: "Dünya İqtisadi Forumu ilə əməkdaşlıq "Azərbaycanda Rəqəmsal Ticarətin İnkişafı" layihəsinə yönələcək" ​​​​​​​İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Dünya İqtisadi Forumu arasında tərəfdaşlıq ölkəmizdə rəqəmsal ticarətin genişləndirilməsinə yönəlib və bu birgə səy "Azərbaycanda Rəqəmsal Ticarətin İnkişafı"
İnfrastruktur
30 Noyabr , 2023 11:23
Elnur Əliyev: Dünya İqtisadi Forumu ilə əməkdaşlıq Azərbaycanda Rəqəmsal Ticarətin İnkişafı layihəsinə yönələcək

İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Dünya İqtisadi Forumu arasında tərəfdaşlıq ölkəmizdə rəqəmsal ticarətin genişləndirilməsinə yönəlib və bu birgə səy "Azərbaycanda Rəqəmsal Ticarətin İnkişafı" layihəsini əhatə edəcək.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"ndə deyib.

Nazir müavini qeyd edib ki, bu qabaqcıl layihə rəqəmsal LDI və "InvesTech" kimi iki innovativ konsepsiyanı birləşdirərək daha çox investisiya imkanları yaratmaq məqsədi daşıyır: "Süni intellekt kimi müasir həllərdən istifadə edərək investisiyaları effektiv şəkildə asanlaşdırmaq və idarə etməyi düşünürük. Ümumilikdə, bu əməkdaşlıq güclü rəqəmsal iqtisadiyyat qurmaq öhdəliyimizi önə çıxarır"

Son xəbərlər

Orphus sistemi