Elnur Əliyev: "Şəhərlərin rəqəmsal əkizləri yaradılacaq"

Elnur Əliyev: "Şəhərlərin rəqəmsal əkizləri yaradılacaq" O bildirib ki, texnologiyalardan fəal istifadə, süni intellektin inkişaf etdirilməsi nəzərdə tutulub: “Əsas əməkdaşlıq isə rəqəmsal ticarətin ölkəmizdə yaradılmasına istiqamətlənib
İnfrastruktur
30 Noyabr , 2023 10:36
Elnur Əliyev: Şəhərlərin rəqəmsal əkizləri yaradılacaq

Azərbaycan şəhərlərinin rəqəmsal əkizlərinin yaradılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"ndə deyib.

Nazir müavini bildirib ki, qabaqcıl texnologiyaların ölkəmizdə tətbiqi hökumətin əsas prioritetlərindən biridir: "Hökumətin fəaliyyətində rəqəmsallaşma daha da geniş tətbiq olunacaq. Ölkə miqyasında innovasiyalar sahəsinə böyük sərmayə qoyuluşu etməyi planlaşdırırıq”.

O bildirib ki, texnologiyalardan fəal istifadə, süni intellektin inkişaf etdirilməsi nəzərdə tutulub: “Əsas əməkdaşlıq isə rəqəmsal ticarətin ölkəmizdə yaradılmasına istiqamətlənib".

Son xəbərlər

Orphus sistemi