Süveyş kanalının dayaz yerdə ilişib qalmış “Ever Given” konteyner gəmisi saydan çıxarılıb.
Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.
Qeyd olunur ki, kanalın nə vaxt açılacağı hələ bəlli deyil.
Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində saya oturub.
Xatırladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalının uzunluğu 160 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.