Füzulidə inşa edilən bir sıra yerlərə baxış keçirilib

Füzulidə inşa edilən bir sıra yerlərə baxış keçirilib ​​​​​​​
İnfrastruktur
12 Aprel , 2023 14:28
Füzulidə inşa edilən bir sıra yerlərə baxış keçirilib

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun üzvləri Füzulidə bir sıra yerlərə baxış keçiriblər.

"Report" xəbər verir ki, onlar Özbəkistan Respublikası tərəfindən inşa edilən tam orta məktəbin, Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə baxış keçiriblər.

Bununla yanaşı, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Füzulidə tikdiyi evlərlə tanış olublar.

Xatırladaq ki, bu gün Füzuli Beynəlxalq Hava Limanında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi