MİDA Füzulidə tikəcəyi ilk yaşayış məhəlləsi ilə bağlı məlumat yayıb

MİDA Füzulidə tikəcəyi ilk yaşayış məhəlləsi ilə bağlı məlumat yayıb Prezident İlham Əliyevin ötən il oktyabrın 18-də təməlini qoyduğu yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) tapşırılıb.
İnfrastruktur
16 Fevral , 2022 10:06
MİDA Füzulidə tikəcəyi ilk yaşayış məhəlləsi ilə bağlı məlumat yayıb

Prezident İlham Əliyevin ötən il oktyabrın 18-də təməlini qoyduğu yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) tapşırılıb.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib. Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaq. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcək.

Son xəbərlər

Orphus sistemi