Gələn il Qarabağda və Şərqi Zəngəzurda 70-dən çox kəndə 4 mindən çox ailə qayıdacaq

Gələn il Qarabağda və Şərqi Zəngəzurda 70-dən çox kəndə 4 mindən çox ailə qayıdacaq Gələn il Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 70-dən çox kəndə 4 mindən çox ailənin qayıdışı gözlənilir.
İnfrastruktur
29 Sentyabr , 2023 13:36
Gələn il Qarabağda və Şərqi Zəngəzurda 70-dən çox kəndə 4 mindən çox ailə qayıdacaq
Anar Quliyev

Gələn il Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 70-dən çox kəndə 4 mindən çox ailənin qayıdışı gözlənilir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda keçirdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda (NUFA2) bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda 28 qəsəbə salınacaq.

"Paralel olaraq həmin ərazilərdə mütəşəkkil şəkildə müasir nəqliyyat və digər infrastrukturlar, məşğulluq imkanları yaradılır, sülh və əmin-amanlıq bərqərar olur", - deyə sədr qeyd edib.

Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

Son xəbərlər

Orphus sistemi