Avropa İnvestisiya Bankı (AİB) Gürcüstanda Azərbaycana qədər sərhəddə yerləşən Rustavi-Qırmızı körpü avtomobil yolunun tikintisi layihəsini dəstəkləyib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib.
Onun sözlərinə görə, bu dəstəyin sayəsində Gürcüstan Azərbaycanla yanaşı, Ermənistanla da yol əlaqəsini gücləndirəcək.
Nazir 150 kilometrlik yol sahəsinin inşasının AİB tərəfindən maliyyələşdiriləcəyini qeyd edib.
İ.Karseladze maliyyə qurumunun heyətinə dəstəyə görə təşəkkür edib.