Gürcüstanda aşağı büdcəli milli aviaşirkətin (loukoster) yaradılması ilə bağlı danışıqlar aparılır.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, şirkətin “Air Georgia” adlandırılması nəzərdə tutulub.
Aviadaşıyıcının Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin investisiyaları hesabına yaradılması planlaşdırılıb.
Şirkətin təsis olunması ilə bağlı danışıqların 80%-i artıq uğurla başa çatdırılıb.
Qeyd edək ki, hazırda Gürcüstanın aviasiya bazarında Macarıstanın “Wizzair” və İrlandiyanın “Ryanair” loukosterləri fəaliyyət göstərir.