Avqustun 29-u səhər saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, bununla əlaqədar olaraq, sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.