Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, qərarla Şəmkir, Goranboy, Samux, Ağcabədi, Saatlı, Sabirabad, Salyan, Balakən, Şəki, Oğuz, Yevlax, Göyçay, İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Qəbələ, Masallı, Ağdaş, Ağsu, İsmayıllı, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında hidrotexniki qurğuların tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müəyyən edilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti qərarda nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir.