İşğaldan azad edilən yerlərdə irriqasiya sistemlərinin bərpasına başlanıldı

İşğaldan azad edilən yerlərdə irriqasiya sistemlərinin bərpasına başlanıldı İşğaldan azad edilmiş ərazilərdə 9 ədəd su anbarları, 1 429 subartezian quyuları, 88 ədəd nasos stansiyaları, 8 mindən çox hidrotexniki qurğular var
İnfrastruktur
14 Noyabr , 2020 11:59
İşğaldan azad edilən yerlərdə irriqasiya sistemlərinin bərpasına başlanıldı
Əhməd Əhmədzadə

Bu gün "Meliorasiya və Su Təsərrüfatı" ASC-də işğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar tədbir keçirilir.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə qurumun sədri Əhməd Əhmədzadə açıb.

O qeyd edib ki, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Ordusu böyük qələbə əldə edib. Ə.Əhmədzadə işğaldan azad olunmuş yerlərin Azərbaycanın su imkanlarının artırılması istiqamətində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb: "Hazırda isə işğaldan azad edilmiş ərazilərdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin inventarlaşma işləri dəqiqləşdirilir.

İşğaldan azad edilmiş ərazilərdə 9 ədəd su anbarları, 1 429 subartezian quyuları, 88 ədəd nasos stansiyaları, 8 mindən çox hidrotexniki qurğular var. Əsas işimiz dəymiş zərərin aradan qaldırılması və infrastruktur layihələrinin icrasıdır. İşğaldan azad edilən yerlərdə suvarma sistemləri idarələrinin fəaliyyəti bərpa ediləcək".

Ə.Əhmədzadə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ASC-nin balansında olan meliorasiya və irriqasiya obyektlərinin inventarlaşdırılması, texniki vəziyyətinin qiymətləndirilməsi, onların bəpası və fəaliyyətinin təmin edilməsi üçün təkliflərin hazırlanması məqsədilə əmr imzalanıb və sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə müvafiq komissiya yaradılıb.

Sonra ASC sədrinin müavini Rafiq Aslanov işğaldan azad olunan ərazilərimizdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin dəqiqləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Diqqətə çatdırıb ki, Şanlı Ordumuzun azad etdiyi ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək. Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək”.

Son xəbərlər

Orphus sistemi