İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə nümayəndəliyi rayonun Quşencə kəndi ərazisində 22 yerlik sahibsiz itlərin müvəqqəti saxlanılması üçün sığınacağın təmiri məqsədə ilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 21-i saat 15:00-a qədər İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 20 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (055) 735-62-80 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.