İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib

İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib Bakıda “Nizami” kinoteatrında Skandinaviya ölkələrinin inkişafının “yaşıl modeli”nə həsr olunmuş “Nordic Talks” konfransı keçirilir.
İnfrastruktur
26 Sentyabr , 2024 20:12
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib

Bakıda “Nizami” kinoteatrında Skandinaviya ölkələrinin inkişafının “yaşıl modeli”nə həsr olunmuş “Nordic Talks” konfransı keçirilir.

“Report”un məlumatına görə, tədbirin açılışında İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson çıxış edib.

O qeyd edib ki, Skandinaviya ölkələri bir neçə onilliklər ərzində həm milli, həm də beynəlxalq miqyasda davamlı inkişafın təşviqində ön sıralardadır.

Səfir həmçinin bildirib ki, bugünkü tədbir iqlim məsələlərinə artan marağı nümayiş etdirir.

“Sizin burada olmağınız Azərbaycanda davamlı inkişaf və iqlimlə bağlı məsələlərə böyük marağın olduğunu nümayiş etdirir”, - o qeyd edib.

Qeyd edək ki, “Nordic Talks” layihəsi Şimali Avropa ölkələrinin Nazirlər Şurasının dəstəyi ilə “Kitabıstan” və dörd Şimali Avropa ölkəsinin – Danimarka, Finlandiya, Norveç və İsveçin Azərbaycandakı səfirliklərinin əməkdaşlığı vasitəsilə başladılıb. Layihənin məqsədi konfranslarda, forumlarda və sərgilərdə bu ölkələrin qlobal problemlərin həllindəki strategiyasını, eləcə də inkişaf modelini və təcrübəsini təqdim etməkdir.

Son xəbərlər

Orphus sistemi