Kəngərlidə yeni ATS quraşdırılıb

Kəngərlidə yeni ATS quraşdırılıb Kəngərli rayonunun Qıvraq qəsəbəsində sakinlərə müasir multimedia xidmətlərinin göstərilməsi üçün yeni NGN tipli Avtomat Telefon Stansiyası quraşdırılıb.
İnfrastruktur
27 Oktyabr , 2023 11:14
Kəngərlidə yeni ATS quraşdırılıb

Kəngərli rayonunun Qıvraq qəsəbəsində sakinlərə müasir multimedia xidmətlərinin göstərilməsi üçün yeni NGN tipli Avtomat Telefon Stansiyası quraşdırılıb.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Belə ki, nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 848 nömrətutumlu Avtomat Telefon Stansiyasına köçürülüb.

Qeyd edək ki, yeni quraşdırılan ATS vasitəsi ilə istifadəçilər telefon rabitəsi ilə yanaşı, yüksək sürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri ilə təmin olunurlar.

Son xəbərlər

Orphus sistemi