Köhnə Ələt-Astara avtomobil yolunda körpü tikilir 

Köhnə Ələt-Astara avtomobil yolunda körpü tikilir  Köhnə Ələt-Astara avtomobil yolu üzərində yerləşən köhnə körpününün yerində yenisi tikilir.
İnfrastruktur
30 İyun , 2024 12:21
Köhnə Ələt-Astara avtomobil yolunda körpü tikilir 

Köhnə Ələt-Astara avtomobil yolu üzərində yerləşən köhnə körpününün yerində yenisi tikilir.

"Report"un Muğan bürosunun məlumatına görə, yeni körpü Cəlilabad rayonunun Muğan kəndi ərazisindən keçən çay üzərində inşa olunur.

Tikinti işləri ilə əlaqədar olaraq ərazidən keçən avtomobillərin rahat hərəkəti üçün alternativ yol çəkilib.

Qeyd edək ki, sözügedən ərazidə körpünün tikintisi sürətlə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi