Komitə sədri: “Azərbaycanda 26 milyard kubmetrdən çox su ehtiyatı formalaşıb”

Komitə sədri: “Azərbaycanda 26 milyard kubmetrdən çox su ehtiyatı formalaşıb” Formalaşan su ehtiyatlarının 4,6 milyard kubmetri ölkə ərazisində, 13,1 milyard kubmetri isə qonşu ölkələrin ərazisində formalaşıb
İnfrastruktur
31 Oktyabr , 2024 09:15
Komitə sədri: “Azərbaycanda 26 milyard kubmetrdən çox su ehtiyatı formalaşıb”

Ötən il Azərbaycanda 26,2 milyard kubmetr su ehtiyatı formalaşıb.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Onun sözlərinə görə, bunun 17,8 milyard kubmetri yerüstü, 8,4 milyard kubmetri yeraltı su ehtiyatlarına aiddir:

“Yerüstü formalaşan su ehtiyatlarının 4,6 milyard kubmetri ölkə ərazisində, 13,1 milyard kubmetri isə qonşu ölkələrin ərazisində formalaşıb. 2023-cü ildə su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr təşkil edib, bundan 3,2 milyard kubmetri suyun mənbədən təsərrüfatlarına çatdırılması zamanı infrastruktur, buxarlanma, sudan səmərəsiz istifadə və qanunsuz qoşulmalar səbəbindən itkiyə gedib.”

Son xəbərlər

Orphus sistemi